Şahmat üzrə Azərbaycan çempionatında final görüşlərinə start verilib.
İdman.biz xəbər verir ki, kişi şahmatçıların mübarizəsində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov arasındakı ilk partiyada qalib müəyyənləşməyib.
Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib. 3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.
Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.
İdman.biz