AZ

Hamilə qadını qatardan aşağı atıb- ŞOK HADİSƏ

Hindistanda  təcavüzkar şəxs hamilə qadını qatardan aşağı atıb. AzPost NDTV-yə istinadla xəbər verir ki, qadın səhər saat 6:40 radələrində qatara minib və anasına baş çəkmək üçün başqa şəhərə gedirmi. Saat 10:15 radələrində kupedə olan bütün adamlar qatardan düşüb. Qadın kupedə  tək qalıb. Bu zaman vaqona 27 yaşlı gənc kupeyə daxil olub. Vaqonda qadından başqa heç kimin olmadığını görən gənn, ona hücum edərək, zorlamağa cəhd edib.

Zərərçəkmiş müqavimət göstərərək təcavüzkarı təpiklə vurub. Hamilə olduğunu desə də təcavüzkar öz çirkin əməlini həyata keçirmək istəyib. Qadının güclü müqaviməti ilə üzləşən gənc hamilə qadını qatardan aşağı atıb.

Zərərçəkmiş qollarından, ayaqlarından və başından xəsarətlər alıb. O, ətrafda olan insanların köməyi ilə xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı cinayət işi açıb. 27 yaşlı gənc tutulub. Araşdırma zamanı onun  əvvəllər adam öldürdüyü və quldurluq etdiyi müəyyənləşib. Təqsirli bilinən şəxs həbs edilib.

Seçilən
25
azpost.info

1Mənbələr