AZ

1 ildir başını yumayan gənc qadın: "Saçlarım daha sağlam və parlaqdır"

1 ildir başını yumayan gənc qadın:

23 yaşlı Corciya Pek adlı gənc qadın, bir ildir saçlarını şampun və digər kimyəvi maddələrlə yumaqdan imtina edərək, saçlarının daha sağlam və parlaq göründüyünü iddia edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,  o, bu müddət ərzində saçlarını yalnız su ilə yuyub və təbii qarışıqlardan istifadə edib. İlk həftələrdə yağlanma və qaşınma kimi problemlərlə üzləşsə də, zamanla bu narahatlıqların aradan qalxdığını bildirib.

Pek, saçlarına qulluq üçün rozmarin, kəklikotu, lavanda, gicitkən, alma sirkəsi və zeytun yağı kimi bitki mənşəli maddələrlə hazırlanmış təbii qarışıqlardan istifadə edir. Dərin qulluq üçün isə çiy yumurta və bal tərkibli maskalara müraciət edir.

Ailəsi və dostları onun bu qərarını dəli hesab etsələr də, o, nəticələrdən məmnun olduğunu və saçlarının əvvəlkindən daha sağlam olduğunu qeyd edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
18
e-saglam.az

1Mənbələr