AZ

Gəncədə müəllim şagirdi döyüb - İDDİA və RƏSMİ CAVAB VİDEO

Gəncədə müəllimdən direktora şikayət edən şagird  döyülüb.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin 34 nömrəli tam orta məktəbinin 5-ci sinfində oxuyan zərərçəkən iddia edir ki, müəllimi əvvəlcə onu tənəffüsdən sonra sinfə gec girdiyi üçün vurub. O, müəlliminin davranışından direktora şikayət etdiyi üçün şagirdin başını divara vurub.

Uşağın yaxınları müəllimin davranışına  aydınlıq gətirmək üçün məktəbə gəliblər. Bu zaman da gözlənilməz reaksiyası ilə üzləşiblər.

Şagirdin babası Ələddin Hüseynov deyib ki, məktəbdə sinif rəhbəri Cavid müəllim bu uşağı 4-cü dəfədir möhkəm döyür: “Gəldik, yaxınlaşdıq ki, uşağı niyə bu hala salmısan? Bu qədər kollketivin yanında deyir, vurmuşam, yaxşı eləmişəm”, - deyə Ələddin Hüseynov bildirib.

Baş vermiş hadisədən sonra valideynləri zərərçəkən şagirdi həkimə aparıblar, ona müvafiq tibbi yardım göstərilib. Ailənin müraciətindən sonra məsələ ilə bağlı polis və yerli təhsil idarəsi tərəfindən araşdırma başlanıb.

Qeyd edək ki, hadisə baş verdikdən sonra valideynlər uşağın məktəbə getməsinə icazə vermirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
xezerxeber.az

1Mənbələr