"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "FPL MCFC" yayıb.
O, Çempionlar Liqasının son oyununda - “Real”la matçda (2:3) zədələnib. Mənbənin məlumatına görə, isveçrəli futbolçu yaxın bir neçə ayda “Mançester Siti”yə kömək etməyəcək.
29 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.
"Mançester Siti" fevralın 15-də İngiltərə çempionatının 25-ci turunda "Nyukasl"ı qəbul edəcək
Mirağa