Ramazan ayına sayılı günlər qaldığından Türkiyədə yemək və iftar menyusu qiymətlərindəki artım əhalinin böyük diqqətini çəkib.
News24.az bildirir ki, marketlərdə Ramazan qutuları yüzdə 70 bahalaşaraq satışa çıxarıldığı halda, Ramazan pidesinin qiymətində yüzdə 30 artım gözlənilib. Lüks restoranlarda iftar menyusu qiymətləri adambaşına 5 min TLə qədər çata bilib.
Zəhraxanım Şeydayeva