AZ

İşğal illərində Azərbaycan ekologiyasına və təbiətə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub

Bakı. Trend:

Xəbər verildiyi kimi, bu gün Ermənistanvətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsininişgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma,terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrəməhkəmə prosesinin baxış iclası davam etdirilib.

Trend xəbərverir ki, məhkəmə zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrəköməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindənAzərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasınavə təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhdgöstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.

Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları vədigər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini vəsu anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlıtorpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına vətəbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyanvurulub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.

Seçilən
6
10
az.trend.az

10Mənbələr