![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/3/16/1/58a78fea-95c6-439e-88c1-aa4088351740/benzin.jpg)
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb.
Qeyd edək ki, istehlakçılara satılan malların 5,6%-i avtomobil benzini və dizel yanacağının payına düşüb. Yanvar ayında istehlakçılara 271 milyon manat dəyərində benzini və dizel yanacağı satılıb və ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 milyon manat artıb.
Murad Məmmədov