"OpenAI"ın baş direktoru Sem Altman öz X (Twitter) səhifəsində GPT-4.5 və GPT-5 modellərini özündə birləşdirən yol xəritəsinin yenilənməsini elan edib.
Valyuta.az xəbər verir ki, "OpenAI"ın yaxın planlarına daxildə "Orion" kod adı ilə tanınan GPT-4.5 modelinin buraxılması daxildir. Bu versiya daxili düşünmə mexanizminə malik olmayan sonuncu versiya olacaq.
Gələcəkdə şirkət o-seriya və GPT modellərini bütün alətlərdən istifadə etməyə və müxtəlif tapşırıqlara uyğunlaşmağa qadir olan vahid sistemdə birləşdirmək niyyətindədir. Bu, məhsul xəttini və neyron şəbəkələrin istifadəsini sadələşdirəcək.
Yeni arxitektura müəyyən tapşırıq üçün ən uyğun modeli seçərək, uzun bir analizin nə vaxt lazım olduğunu və ani qərar verməli olduğu zaman avtomatik olaraq müəyyən edəcək.
Növbəti model GPT-5 o3 modelindən texnologiyalar və səs rejimi, kətan rejimi, veb axtarışı və dərin araşdırma kimi digər yenilikləri birləşdirəcək.
"ChatGPT" istifadəçiləri pulsuz olaraq standart rejimdə GPT-5-ə məhdudiyyətsiz giriş əldə edəcəklər, abunəçilər isə daha yüksək intellektə malik modelin qabaqcıl xüsusiyyətlərindən yararlana biləcəklər. Altmanın sözlərinə görə, elan edilmiş yeniləmələr 2025-ci ildə həyata keçiriləcək.
Paşa Məmmədli