Bakı. Trend:
Xəbər verildiyikimi, bu gün Ermənistan vətəndaşı olan, AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibəqanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğumaliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən RubenVardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesininbaxış iclası davam etdirilib.
Trend xəbərverir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrəidarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs RubenVardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlətsərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənarErmənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətindəqanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, AzərbaycanınQarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqətiyerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pulvəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsialtında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq”təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həminvəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdətutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin,əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuzəldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusitəşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan“yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkarhərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinəaylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatınınyaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmintəşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşıterrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərinkeçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərindəmülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunanzenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanmasıstansiyalarının, akkumulyator və radioötürücü blokların, digərqurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgəmüəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisindəfəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlaraparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmişərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsinəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA)alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habeləradioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlıbirləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiqtapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyətplanında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusununnümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinəyetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün“Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəlisürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyükköməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev,Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindənişğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və buyolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib.Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılanminaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elanedilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.