AZ

Ərdoğan: Fələstin torpaqları müzakirə olunmazdır

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə - Pakistan Biznes Forumunda iştirak edib.

Ərdoğan buradakı çıxışında bunları deyib:

"2024-cü ilə qədər Pakistanla ikitərəfli ticarət həcmimizin 1,4 milyard dollara çatacağı gözlənilirdi, bu da əvvəlki illə müqayisədə təxminən 30 faiz artaraq bu günə qədərki ən yüksək səviyyədir".

Pakistanda dövlət və özəl sektordan 50-dən çox şirkət xidmət göstərir.

Ümid edirik ki, investisiyalar daha da artacaq. Pakistan şirkətlərini ölkəmizə dəvət edirik.

6 fevral 2023-cü ildə tariximizin ən böyük fəlakətlərindən birini yaşadıq. 53 mindən çox insanımız həyatını itirdi.

Biz bu çətin gündə Pakistan xalqının dəstəyini hiss etdik.

Seçilən
22
aznews.az

1Mənbələr