9-cu dəqiqədə Ohori ilə toqquşan “Zirə”nin futbolçusu ayağa qalxa bilməyib. “Qartallar”ın mətbuat xidmətinin əhbəri Elmar Abdullazadə saytımıza son açıqlamasında futbolçunun tezliklə maqnit-rezonans tomoqrafiyasından keçəcəyini söyləmişdi. Bəs nəticə necə oldu? Elmar bəy bu suallarımızı belə cavabladı:
“Hələ ki maqnit-rezonans tomoqrafiyasından keçməyib. Dəqiq olan odu ki, uzun müddət oynamayacaq. Növbəti matçda meydana çıxmaq şansı yoxdu. Ən azı bir-iki ay yaşıl meydanlardan uzaq qalacaq”.
ƏSƏD SEYİDOV