AZ

Rusiya millisi 3 yoldaşlıq oyunu keçirəcək

Rusiya Futbol İttifaqı Rusiya millisinin növbəti iki təlim-məşq toplanışı üçün rəqiblərinin adlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Valeri Karpinin komandası martda evdə Zambiya ilə yoldaşlıq oyunu keçirəcək (FIFA reytinqində 87-ci yer). Oyun Moskvada baş tutacaq, tarix və stadion daha sonra açıqlanacaq.

İyunun 6-da Rusiya millisi doğma meydanda Nigeriya (FIFA reytinqində 44-cü yer) ilə qarşılaşacaq. Dörd gün sonra, iyunun 10-da Valeri Karpinin komandası səfərdə Belarus millisi ilə qarşılaşacaq. Bu qarşılaşmaların dəqiq harada keçiriləcəyi hələ məlum deyil.

Xatırladaq ki, ötən il Rusiya yığması artıq Belarusla səfərdə oynamış və 4:0 hesabı ilə qalib gəlmişdi. UEFA və FİFA-nın sanksiyalarına görə Rusiya millisi indi yalnız yoldaşlıq oyunları keçirə bilər.

Seçilən
29
90deqiqe.az

1Mənbələr