AZ

“Azərbaycan komandası ilə yenidən maraqlanacağıq”

Bolqarıstanın U-21 yığmasının baş məşqçisi Aleksandr Dimitrov AVRO-2027-nin püşkatma mərasiminin nəticələrinə əsasən, Azərbaycanla eyni qrupda yer almasından bəhs edib.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan bolqar mütəxəssis yığma komandamız barədə bunları deyib:

"Qrupun favoriti Portuqaliya yığmasının olduğu açıq-aşkar görünür. Deyə bilərik ki, 4-cü səbətdən ən güclü rəqib isə Şotlandiyadır.

Çünki onlar ən yüksək reytinqə malik idilər. Rəqiblərimizdən biri Azərbaycandır.

Biz Azərbaycanla bu yaxınlarda yoldaşlıq oyunu keçirmişdik.

Baxmayaraq ki, o vaxt onların geniş heyəti var idi. Hər halda yenidən onlarla maraqlanacağıq".

Komandamızın rəqibləri Bolqarıstanla yanaşı, Portuqaliya, Çexiya, Şotlandiyadır.

Seçilən
9
sportinfo.az

1Mənbələr