AZ

İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır

srail İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır. Məlumatı Amerika kəşfiyyatı verib.

“The Wall Street Journal”ın (WSJ) məlumatına görə, Co Baydenin səlahiyyət müddətinin sonuna doğru Təl-Əvivin hərbi fəaliyyəti əhəmiyyətli dərəcədə artıb. Bu, digər məsələlərlə yanaşı, İranın hərbi infrastrukturunun zəifləməsi ilə bağlıdır.

Qeyd olunur ki, İsrail artıq Oval kabinetin yeni işğalçısının ilk günlərində Tehranın nüvə obyektlərini məhv etməyi planlaşdırmağa başlayıb. Nəşr vurğulayır ki, İranın nüvə potensialının aradan qaldırılması İslam Respublikasının zəiflədilməsi istiqamətində mühüm addımdır və belə bir qərarın Trampdan dəstək alması ehtimalı böyükdür.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr