AZ

Antik Likiya - Letoon və Ksantos: Dini mərkəzlər və antik məbədlərin zəngin irsində səyahət


Türkiyədə çoxsaylı abidələr mövcuddur, bunlar qorunan abidələrdir. Aralıq dənizi sahillərindəki antik şəhər Ksantos və onun 4 kilometr məsafəsində yerləşən dini mərkəz olan Letoon da belə qorunan dini abidələrdəndir. Hər il yüzminlərlə turistin ziyarət etdiyi bu abidələrə baxış bucağı fərqlidir. Ksantos şəhəri, Fəthiyəyə 40 kilometr məsafədə, Esen çayının ətrafında yerləşir. 1988-ci ildə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilən bu şəhər, uzun müddət Likiya dövlətinin paytaxtı olub.

Ksantos şəhəri eramızdan əvvəl 3000-ci ildə qurulub. Şəhər əhalisi Lik dilində danışırdı. Eramızın 545-ci ilində, Fars suverenliyinə qədər müstəqil olan Likiya çox sayda tarixi əsərə sahib olub. 100 ildən sonra şəhər farslar tərəfindən mühasirəyə alınıb və o dövrlərdə şəhərin tamamilə yandığı bildirilir. Ancaq daha sonra Ksantoslular geri qayıdaraq şəhəri yenidən qurub və burada yaşamaya davam ediblər. Yanğından sonra yenidən inşa edilən şəhər eramızın 2000-ci ilində Likya Birliyinin paytaxtı olub.

Buna oxşar hadisə isə təxminən 400 il sonra Roma dövründə yaşanıb. Şəhər Roma nəzarətinə keçdikdən sonra Roma şəhərinə bənzəməyə başlayıb. Roma dövründə inşa edilən antik teatr 5 min nəfərin eyni anda tamaşanı izləməsini təmin edirdi. Xristian dini qəbul olunduqdan sonra şəhərdə bir neçə kilsə də inşa edilib. Antik şəhərdə yan-yana inşa edilmiş üç məbəd də ziyarətçilərin diqqətini çəkir. Antik teatr və agoralar hazırda turistlər tərəfindən ən çox ziyarət edilən məkandır. Şəhərin qəbiristanlığı da eyni memarlıq üslubu ilə inşa edilib.

Şəhərin dini mərkəzi olan Letoon Akropolunu Ksantosdan 4 kilometr məsafədə yerləşir. Likiya sivilizasiyasının dini mərkəzi hesab olunan bu tarixi yerdə çoxlu sayda məbəd mövcuddur. Bu dini məkanda üç böyük məbəd vardır. Ən şimalda yerləşən məbəd Letooya həsr edilib. Artemida və Apollon məbədləri bölgənin həm dini, həm də siyasi mərkəz olduğunun göstəricisidir. Daha sonra burada böyük bir kilsə də inşa olunub. Letoondakı mövcudluğunu davam etdirən Aqora və Antik teatr da turistlərin diqqət mərkəzindədir.





Seçilən
19
1
gender.az

2Mənbələr