Bu il yanvar ayı üzrə sənayə müəssisələri sahəsində istehsal olunan məhsulların gəlir miqdarı müəyyən olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 5,5 milyard manatlıq məhsulu istehsal edib ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz azalma deməkdir.
Belə ki, neft-qaz sektorunda məhsul istehsalında 4,5 faiz azalma, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artım müşahidə olunub.
Sənaye məhsulunun 61 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Eyni zamanda mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.
Sərvanə Rəmixanova