AZ

Tramp və Putin Ər-Riyadda görüşəcək

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı mümkün görüş yeri kimi Ər-Riyadın adı çəkilib.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Söhbət zamanı iki prezident arasında görüş üçün mümkün yer kimi Ər-Riyad qeyd edilib. Prezident Tramp söhbətdən sonra bildirib ki, tərəfdaş dövlət kimi Səudiyyə Ərəbistanı rəhbərliyinə rəğbət bəsləyir. Həm də hamıya məlumdur ki, Putinin vəliəhdlə çox yaxşı münasibətləri var”, - Rusiya liderinin mətbuat katibi Birinci Kanala müsahibəsində bildirib .

O əlavə edib ki, Səudiyyə Ərəbistanı Rusiyanın müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq etdiyi ölkədir və bu baxımdan Ər-Riyadın iki dövlətə uyğun olduğunu qeyd edib.

Mövsüm

Aznews.az

Seçilən
5
aznews.az

1Mənbələr