U-17 komandasının yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan "Neftçi" Futbol Akademiyasının rəsmiləri "Beşiktaş" klubunun qonağı olublar.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qara qartal"ın "Beşiktaş Nevzat Dəmir" təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən "Neftçi"nin nümayəndələri onların məşqini izləyiblər. "Neftçi" klubunun Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və "Beşiktaş"ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, fevralın 9-da "Qalatasaray", 12-də "Beşiktaş"la qarşılaşan "Neftçi" U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də "Fənərbaxça Dərəağzı" təlim-məşq bazasında "Fənərbaxça"ya qarşı keçirəcək.