“Qalatasaray” Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, klubun açıqlamasına görə, müraciət Superliqanın 26-cı turunda “Samsunspor”la keçirilən oyundakı hakim qərarları ilə bağlıdır.
İstanbul təmsilçisi matçda baş verən mübahisəli epizodların araşdırılmasını tələb edir. Klub hakimlərin idarəçiliyindən narazı olduğunu bildirərək, VAR görüntülərinin və qərarlarının şəffaf şəkildə açıqlanmasını istəyib.
Xatırladaq ki, “Qalatasaray” – “Samsunspor” qarşılaşması mübahisəli qərarlarla yadda qalıb və bu, klub rəhbərliyinin sərt reaksiyasına səbəb olub.