AZ

“Oyunumuz payızdakı qədər ürəkaçan deyil” – Gizlətmədi, açıq danışdı

“Çempionatın ilk yarısında oyun planında indikindən yaxşı görünür.

Yeni ildə müəyyən çətinliklər var”.

Bu etirafı Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Sergey Samok edib.

Qış fasiləsinə qədər kifayət qədər xoş təsir bağışlayan bölgə təmsilçisi ilk “3-lük”də özünə yer edə bilmişdi.

Lakin yeni ildə işlər tərsinə gedir. “Turan” meydana çıxdığı son 4 oyunda cəmi 4 xalla kifayətlənməklə 3-cü pilləni “Zirə”yə verib.

Rusiyalı kiper mövcud vəziyyətin səbəblərini bu cür izah edib:

“Çempionatın ilk yarısında optimal “11-lik” var idi. Bəzən kiçik dəyişikliklər olsa belə.

Daim bir yerdə oynayan futbolçularla uğura çatmaq daha asandır. İlk yarının sonlarına yaxın zədə səbəbindən bəzi futbolçuları itirdik.

Onlar hələ də bizimlə deyil. Bu il komandaya yeni futbolçular qoşulub.

Üstəlik, bəzi oyunçular özünə doğma olan mövqedə çıxış etmir. Belə olduğu halda çətinliklər qaçılmazdır.

Ona görə də oyunumuz payızdakı qədər ürəkaçan deyil. Zədəlilər qayıdandan sonra hər şeyin yaxşı olacağına ümid edirəm”.

22 turdan sonra aktivində 36 xal olan “Turan Tovuz” 3-cü sıradakı “Zirə”dən 3, 2-ci pillədəki “Araz-Naxçıvan”dan 7, lider “Qarabağ”dan 14 xal geri qalır.

HƏBİB

Seçilən
4
sportinfo.az

1Mənbələr