AZ

"Çelsi"nin hücumçusu zədələndi

style='margin-bottom:10px;'>

"Çelsi"nin futbolçusu Nikolas Cekson sıradan çıxıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 25-ci turunda keçiriləcək "Brayton"la matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

23 yaşlı hücumçu 6-8 həftə ərzində yaşıl meydanlardan uzaq olacaq. Zədənin detalları ilə bağlı məlumat yoxdur. 

Qeyd edək ki, Nikolas Cekson bu mövsüm "Çelsi"nin heyətində 24 oyuna çıxaraq 9 qol vurub və 5 qolun ötürməsini edib. 

Seçilən
31
3
teleqraf.com

4Mənbələr