AZ

Bina evində yaşayanların DİQQƏTİNƏ:  Bu qanunsuzdur

Bəzi vətəndaşlarına şikayətlərinə əsasən MTK- lar dövlət tərəfindən əhaliyə verilən kommunal xidmətlərə müdaxilələr edirlər. Beləki, vətəndaşların MTK-ya borcu olduğu halda bina komendat idarəçiliyi əhalinin kommunal xidmətlərini dayandırır. Bununla da vətəndaş problemlə üzləşir. Qaydalara görə MTK-ların belə bir addım atmağa səlahiyyəti varmı? Ümumiyyətlə bu kimi hallarda vətəndaşlar nə etməli və hansı addımlar atmalıdırlar?  


Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Referans.az" target="_blank">Referans.az-a açıqlamasında deyib ki, heç bir MTK - nın  kommunal xidmətlərə müdaxilə etmək səlahiyyhəti yoxdur. Lakin təəssüf ki, belə hallar mövcuddur.  Mənzil Tikinti Koperativi və ya Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti binanın saxlanılması üçün xərclər tələb edirlər.  Bu  bu proses həmin cəmiyyətlərin öz səlahiyyətlərini sakinlərə tam təhvil-təslim etmədiyi halda baş verir. Sakinlər isə kommunal xidmətlər üçün ödənişlər deyil, binanın saxlanılması üçün müəyyən ödənişləri etmədikdə MTK rəhbərlikləri kommunal xidmətlərdən istifadəyə maneə olur.




Misal üçün həmin xərcləri ödəməyən sakinlərin binadakı liftdən istifadəsi məhdudlaşdırılır. Bundan başqa su təhcizatı ilə bağlı problemlər süni şəkildə yaradılır. Bir çox MTK - lara su təchizatı anbarlara qədər çatdırılır. Anbarlardan isə mənzillərə su təchizatını MTK -lar icra etdiyi üçün onların əlində belə bir fürsət yaranır. 


"Mütəxəssis elektrik və qaz təchizatı ilə bağlı məqamları şərh edərkən bildirib ki, MTK-lar bu iki kommunal xidmətlərə müdaxilə edə bilmirlər. Yalnız su təchizatında belə bir müdaxilə imkanları mövcuddur.  Ümumiyyətlə MTK və ya bu kimi cəmiyyətlərin əhalinin kommunal xidmətlərinə müdaxilə etməsi qanunsuzdur", - deyə Ramil Qasımzadə əlavə edib.



Referans.az

Referans.az" target="_blank">Referans.az


Seçilən
9
referans.az

1Mənbələr