AZ

Ambani ailəsi Asiyanın ən varlısı oldu


“Bloomberg”in təqdim etdiyi “Asiyanın ən varlı 20 ailəsi” siyahısına hindistanlı milyarder Mukeş Ambaninin ailə klanı başçılıq edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya Hindistan, Tailand, Çin, İndoneziya, Malayziya və digər ölkələrdən ən varlı ailələr daxil olub.
Hindistanın ən böyük sənaye konqlomeratlarından biri olan “Reliance Industries”ə sahib olan Ambani klanı 90,5 milyard dollarlıq maliyyə aktivləri ilə siyahıya başçılıq edib.
İkinci yerdə qida məhsulları istehsal edən və Asiyada telekommunikasiya biznesi olan “Charoen Pokphand” şirkətlər qrupuna sahib olan, 42,6 milyard dollarlıq aktivləri ilə Taylandın Çeravanont ailəsi qərarlaşıb.
Üçüncü yerdə qərarlaşan indoneziyalı bankir Hartono ailəsinin kapitalı 42,2 milyard dollardır.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr