"Arsenal" klubu hücumçusu Kay Havertslə bağlı məlumat yayıb.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu cari mövsümün qalan hissəsində komandanın oyunlarında iştirak edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, Kai Havertzin keçən həftə Dubayda məşq zamanı diz nahiyəsindən zədə aldığı və son müayinələr zamanı zədənin yaxın günlərdə baş tutacaq cərrahi müdaxilə tələb edəcəyi diqqətə çatdırılıb.
Əməliyyatdan qısa müddət sonra Kai bərpa və reabilitasiya proqramına başlayacaq və bunun gələn mövsüm üçün mövsümöncəsi məşqə qədər davam edəcəyi gözlənilir.