AZ

Terrorçu-kamikadze nazirliyin qarşısında özünü partlatdı, ölən və yaralananlar var

Əfqanıstanın Kabildə Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyinin binası qarşısında kamikadzenin hücumu nəticəsində bir nəfər həlak olub. Daha üç nəfər yaralanıb.

Bu barədə çərşənbə günü nazirliyin rəsmi nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib. “Sözçüsü Məhəmməd Kamal Əfqan partlayışı təsdiqləyib və bildirib ki, hücum edən şəxs hədəfinə çatmamış dayanıb”, – “Khaama Press” xəbər agentliyi bildirib. Məhəmməd Kamal Əfqanın sözlərinə görə, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qurğunu işə salmazdan əvvəl terrorçu binaya girməyə cəhd edib, lakin təhlükəsizlik işçiləri tərəfindən dayandırılıb. Bu barədə TOLO News-a Daxili İşlər Nazirliyinin Taliban hökumətindəki nümayəndəsi Əbdül Mətin Kane bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr