Azərbaycanda yeganə kolxoz aqroparka çevirilir.
Modern.az xəbər verir ki, Nikitin adına kolxozun bazasında yaradılacaq “İvanovka Aqropark” ASC-nin təqdimat mərasimi keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müşavirləri Rövşən Həsənov və Fərid Nəcəfov, Aqrolizinq ASC-nin şöbə müdiri İlqar Məhərrəmov, “İvanovka Aqropark” ASC-nin direktoru Ramin Əlifov, Nikitin adına kolxozun üzvləri iştirak edib.
Təqdimat mərasimində təsərrüfatda bütün sahələr üzrə hazırki vəziyyət təhlil edilib və aqroparkın inkişaf istiqamətləri, aqropark üzvlərinin sosial-iqtisadi şəraitinin daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, müasir texnologiyaların təsərrüfatda tətbiq olunması barədə danışılıb.
Sonda kolxoz üzvlərini maraqlandıran suallar cavablandırılıb