AZ

-Masallıda şəhidlərin xatirəsinə voleybol turniri keçirilir

Masallıda şəhidlərin xatirəsinə voleybol turniri keçirilir
 
Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə turnirə start verilib. 
“Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində keçirilən yarışların açılış mərasimində rayon rəsmiləri, şəhid ailələri, idarə, təşkilat rəhbərləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.  
Rayon icra hakimiyyəti və məktəbin təşkilatçılığı ilə gerçəkləşən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. 
Azərbaycanda şəhid adının uca tutulduğunu, eləcə də Masallıda şəhid ailələrinə daim diqqət göstərildiyini vurğulayan Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səyavuş Feyruzoğlu, şəhid valideynləri Rəbiyyə Nehmətova, Səkinə Ağayeva, Həzrətqulu Lələyev, məktəbin direktoru İlham Ağayev və başqaları Ulu Öndərin və ölkə Prezidentinin idmana göstərdiyi qayğıdan, idmançılarımızın uğurlarından bəhs edib, bu cür tədbirlərin keçirilməsinin məktəblilərə vətənpərvərlik hissinin aşılanmasında, onların asudə vaxtlarının səmərəli keçirilməsində əhəmiyyətli olduğunu bildiriblər.  
Sonra şagirdlərin ifasında vətənə, şəhidlərə aid şeirlər, mahnılar səsləndirilib.
Tədbirin rəsmi və bədii hissəsindən sonra yarışlara start verilib.

 

Akif AĞAYEV

Seçilən
28
qht.az

1Mənbələr