Bu gün Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində Verdi fəhlə həmkarlar ittifaqının nümayişi zamanı əslən əfrqanıstanlı mühacir avtomobilin kütlənin üzərinə sürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 28 nəfər ağır yaralanıb.
Almaniya kansleri Olaf Şolts hadisəyə sərt reaksiya verib: "Bu, dəhşətli hücumdur. Burada Əfqanıstandan olan bir cinayətkar insanları şəkildə yaralayıb. Bu, qəbuledilməz və dözüm göstərməyəcəyimiz hadisədir".
Türkiyə Xarici İşlər Nazirliyi də baş verən hadisə iolə bağlı Almaniyaya "keçmiş olsun" mesajını verib: "Münhen şəhərindəki hücumdan dərin hüznlə kədərləndiyimizi bildirir, yaralananların tezliklə sağalmasını arzulayırıq"
Zülfiyyə Mustafayeva
MİA.AZ