HƏMAS, İsrailin maneələrinə görə dalana dirənən Qəzzada atəşkəs razılaşmasının pozulmasının tərəfdarı olmadıqlarını açıqlayıb. Metbuat.az xəbər verir ki, HƏMAS sözçüsü Əbdüllətif Kanu bildirib ki, təşkilat razılaşmanın həyata keçirilməsini və İsrailin şərtlərinə tam əməl etməsini istəyir. Sözçü, "Biz atəşkəs razılaşmasının pozulmasını istəmirik. Razılaşmanın həyata keçirilməsində və işğalçı İsrailin tam öhdəlik nümayiş etdirməsində maraqlıyıq", - deyə bildirib. Onun sözlərinə görə, vasitəçi ölkələr razılaşmanın tam şəkildə yerinə yetirilməsi, İsrailin saziş çərçivəsində humanitar protokola əməl etməsi və məhbus mübadiləsi prosesinin bərpası üçün təzyiq göstərir.