''Football-plus.az'' xəbər verir ki, ötənlərin ünlü hakimi penaltilərin vurulma sisteminin dəyişməsini və qapıçıların işinin nisbətən asanlaşmasını təklif edərək bunları deyib:
''Qapıçıların penalti zamanı şansları çox cüzidi. Penalti vuranın və qapıçının şansları arasında çox böyük uçurum var. Orta hesabla penaltilərin 75 faizinin qolla nəticələnməsi də bunu sübut edir. Həm də qapıçının topu qaytarsa belə, qol buraxmaq ehtimalı var. Məncə, yeganə çıxış yolu penaltilər seriyasında tətbiq olunan qaydadan yararlanmaqdı. Yəni zərbəni yerinə yetirən futbolçunun ikinci şansı olmamalıdı. Zərbə ya qol olur, ya da qapıçı qaytarır. Qapıçı qaytardısa, oyun qapıdan zərbə ilə davam etməlidi. Bu, eyni zamanda penaltilərdən öncə tez-tez yaşanan futbolçuların cərimə meydançasına daxil olub-olmama mübahisələrini də aradan qaldıracaq. Yoxsa, penalti olan kimi hamı cərimə meydançasının kənarına toplaşaraq zərbəni gözləyir. Bəzən bu görüntü mənə yarış öncəsi atların yarışın startını gözləməsini xatırladır''.
FİFA-nın Kollinanın bu maraqlı təklifini gündəminə alacağı gözlənilir.
ƏLİ