22-ci turda “Neftçi”yə məğlub olan “Zirə”nin növbəti rəqibi “Sumqayıt”dır.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qonaq olacaq “qartallar” oyuna ciddi itkilərlə çıxacaq.
“Neftçi”ylə qarşılaşmanı zədə səbəbindən kənardan izləyən cinah yarımmüdafiəçiləri Junior Martinslə Yusuf Laval bu dəfə də oynaya bilməyəcəklər.
“Ağ-qaralar”la dueldə əsas heyətdə yer alaraq 12-ci dəqiqədə Məqsəd İsayevlə əvəzlənən Ceyhun Nuriyevin durumu da ürəkaçan deyil.
Bir müddət yaşıl meydanlardan uzaq qalacaq yarımmüdafiəçi 23-cü turda şans qazanmayacaq.