![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/13/1/a11d571c-a341-47a5-a279-19b53bcb476d/putin-tramp.jpg)
“İki ölkə prezidenti Vladimir Putin və Donald Trampın təşkil etməyə razılaşdıqları Rusiya-Amerika sammiti onların ABŞ və Rusiyaya mümkün səfərlərindən əvvəl baş tutacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
“Onlar qarşılıqlı dəvətlər mübadiləsi aparıblar, yəni indi prezident Trampın Rusiyaya səfər etmək üçün dəvəti var, Rusiya prezidentinin isə Amerika Birləşmiş Ştatlarına. Amma məsələ ondadir ki, onlar üçüncü ölkədə hardasa tez koordinasiya etmək və işgüzar görüş keçirmək barədə razılığa gəliblər. Yəni, bu görüş, prezidentlərin planına uyğun olaraq, səfər mübadiləsindən daha tez baş tutacaq. Bu görüş köməkçilərin hazırda işçi səviyyəsində koordinasiya edəcəyi şeydir ", - Peskov deyib.
Trampın iki lider arasında görüş üçün Səudiyyə Ərəbistanındakı məkandan istifadə oluna biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Peskov qeyd edib:
“Yekun qərar verilməyib, amma həqiqətən də Səudiyyə Ərəbistanının adı çəkildi, Ər-Riyadın adı çəkildi. Krallıq həm Rusiya, həm də ABŞ üçün yaxşı tərəfdaşdır, ona görə də bu, həqiqətən hamıya uyğun yerdir. Lakin qərar yekunlaşmasa da, bu, işçi səviyyədə həyata keçiriləcək”.