AZ

Əliyevin 9 il öncəki tarixi addımı – Növbə Ərdoğanındır, lakin…

Rusiya və Azərbaycan arasında davam edən gərginlik fonunda diqqətçəkən iddialar səsləndirilir. Ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin və İlham Əliyev arasında vasitəçi ola biləcəyini deyir. Buna əsas kimi isə 2015-ci ildə iki ölkə (Rusiya və Türkiyə) arasındakı təyyarə böhranı zamanı Əliyevin vasitəçi olması göstərilir.

Ərdoğan proseslərə müdaxilə edə bilərmi?

Siyasi şərhçi Müttəlim Rəhimlideyib ki, Türkiyə-Rusiya arasında təyyarə ilə bağlı mübahisəli vəziyyət indiki durumdan tamamilə fərqlidir:

“Həmin vaxt Türkiyə günahını etiraf edir və şərtləri yerinə yetirməyə hazır olduğunu bildirirdi. Həmçinin rəsmi Ankara istəyirdi ki, anlaşılmazlığı izah etsin, bunun bilərəkdən baş vermədiyini çatdırsın və problem dövlətlərarası münasibətlərə təsir göstərməsin. Prezident İlham Əliyevin vasitəçilik missiyası isə ən uyğun variant sayıla bilərdi və bu da oldu. Nəticədə heç bir konflikt yaranmadan tərəflər razılığa gələ bildilər”.

Siyasi şərhçi vurğulayıb ki, Moskva səhvini etiraf etmirsə, hansısa vasitəçiyə ehtiyac yoxdur:

“Gərək Kreml məsuliyyəti üzərinə götürsün, anlaşılmazlıqlar aradan qaldırılsın. Ardınca müvafiq razılaşma əldə etmək üçün vasitəçi lazım ola bilər”.

Qeyd edək ki, 24 noyabr 2015-ci il tarixində Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsi vurulub. Hadisə tərəflər arasında gərginliyin pik səviyyəyə çatması ilə nəticələnib.

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
18
1
globalinfo.az

2Mənbələr