![Sağlamlığınızı riskə atmadan idmanla məşğul olmağın](https://e-saglam.az/storage/news/middle/images/2025/2/saglam-idman.webp)
İdman etmək sağlam həyatın açarıdır. Ancaq düzgün aparılmasa, idman xəsarətlərlə nəticələnə və sağlamlığınıza zərər verə bilər.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, idmanla sağlam şəkildə məşğul olmaq üçün aşağıdakı yeddi qızıl qaydaya riayət etmək vacibdir:
Düzgün avadanlıqdan istifadə edin: Hər bir idman növü üçün uyğun avadanlıq seçmək zədələnmə riskini azaldır. Məsələn, qaçış və ya basketbol üçün düzgün ayaqqabı seçimi oynaqlarınıza və əzələlərinizə düşən yükü azaldaraq performansınızı artırır.
İstiləşmə və soyutma hərəkətlərinə laqeyd yanaşmayın: Məşqdən əvvəl istiləşmə, əzələləri və oynaqları fəaliyyətə hazırlayır, bu da əzələ yırtılmaları və oynaq gərginliklərinin qarşısını alır. Məşqdən sonra soyutma isə əzələlərdəki gərginliyi azaldır və bədənin bərpasını sürətləndirir.
Özünüzü zorlamayın, nəzarət altında davam edin: Xüsusilə yeni başlayanlar və ya uzun fasilədən sonra idmana qayıdanlar üçün yavaş-yavaş və nəzarətlə başlamaq zədə riskini minimuma endirir. Bədəninizi tanıyın və sərhədlərinizi bilin.
Müntəzəm olaraq gücləndirici məşqlər edin: Əzələlərin gücləndirilməsi oynaqların daha yaxşı dəstəklənməsinə kömək edir. Xüsusilə ayaq və bel əzələlərinin gücləndirilməsi bel və diz zədələrinin qarşısını alır. Həftəlik məşq proqramınıza gücləndirici hərəkətlər daxil edin.
Dartma və elastiklik məşqlərini laqeyd yanaşmayın: İdmandan əvvəl və sonra dartma hərəkətləri oynaqların elastikliyini artırır və zədələnmə riskini azaldır. Çevik əzələlər və oynaqlar ani hərəkətlərə daha davamlıdır. Yoqa və pilates kimi fəaliyyətlər elastikliyi artırmaq üçün əla seçimdir.
Balanslı qidalanın və su istehlakına diqqət yetirin: Əzələ və oynaqların sağlamlığı düzgün qidalanma və kifayət qədər maye qəbulu ilə birbaşa əlaqəlidir. D vitamini, kalsium və Omeqa-3 ilə zəngin qidalar sümüklərinizi və oynaqlarınızı gücləndirir. Məşq zamanı itirdiyiniz mayeləri əvəz etmək üçün bol su için.
Bədəninizə qulaq asın: Ağrı bədəninizin xəbərdarlıq siqnalıdır. Ağrını nəzərə almadan məşqə davam etmək ciddi zədələrə səbəb ola bilər. İdman edərkən hər hansı bir nahiyədə ağrı və ya narahatlıq hiss edirsinizsə, dərhal istirahət edin və lazım gələrsə, mütəxəssisə müraciət edin.
Bu qaydalara riayət edərək, idman fəaliyyətləriniz zamanı sağlamlığınızı qoruya və zədə riskini minimuma endirə bilərsiniz.
Tərcümə: Könül Oruc