AZ

Şahmat üzrə Azərbaycan çempionatında ilk final görüşləri keçirildi

Yanvarın 31-də start götürmüş şahmat üzrə Azərbaycan çempionatında bu gün final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıblar.

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Xatırladaq ki, kişilərin mübarizəsində Teymur Rəcəbov və Misrətdin İskəndərov üz-üzə gəlməli idilər. Amma Teymur səhhətində yaranmış problemlə əlaqədar bürünc medal uğrunda yarışa qatıla bilməyib. Bu üzdən də Misrətdin oynamadan Azərbaycan çempionatının bürünc medalçısı olacaq.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

Şahmat üzrə Azərbaycan çempionatına fevralın 15-də yekun vurulacaq.

Seçilən
68
13
arena.az

10Mənbələr