Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Onların dəm qazından zəhərlənib öldüyü bildirilir.
Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.