AZ

"Norm OJSC" işçi axtarır - VAKANSİYA

Norm OJSC

Ezamiyyə Koordinatoru

Son tarix 13 mar 2025 - [email protected]

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Mühasibatlıq, Maliyyə, Biznes və ya İqtisadiyyat üzrə ali təhsil.
  • Ezamiyyə koordinatorluğu, administrasiya və ya əlaqəli sahədə 1 il iş təcrübəsi.
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq.
  • Güclü anaitik düşüncə və problem həlletmə, eləcə də maliyyə məlumatlarını şərh etmə bacarığı.
  • Kommunikasiya və zamanın idarəedilməsi bacarıqları.
  • Ezamiyyələrin təşkili üçün İR, Maliyyə və menecement komandaları ilə əməkdaşlıq etmə bacarığı.
  • Ezamiyyələrin idarəedilməsi proseslərində təkmilləşdirilməli olan sahələrin müəyyən edilməsi və dəyişikliklərin tətbiq edilməsi üçün proaktiv yanaşma. 

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Təsdiq edilmiş Ezamiyyə Sorğu formalarına əsaslanaraq Ezamiyyə Sifarişlərini hazırlamaq.
  • Müəyyən edilmiş zaman qrafiklərinə uyğun olaraq ezamiyə sorğularının vaxtında emalını təmin etmək.
  • Ən səmərəli və maliyyə baxımından sərfəli səyahət paketlərini araşdırmaq və təkliflər vermək.
  • Təyin edilmiş əməkdaşlarla koordinasiyalı çalışaraq, səyahət agentlikləri vasitəsilə rezervasiyaların edilməsini təşkil etmək və şirkətin Ezamiyyə Prosedurlarına uyğunluğu təmin etmək.
  • Ezamiyyələr, xərclər və təsdiqlərlə bağlı dəqiq qeydlərin aparılmasını təmin etmək.
  • Səyahət agentliklərindən alınan hesab-fakturaların uzlaşdırılmasına nəzarət etmək, həddindən artıq olan ödənişlərin qarşısını almaq və şəffaflığı təmin etmək.
  • Bütün səyahət xərclərinin təyin edilmiş büdcə və hesabat tələblərinə uyğun olmasını təmin etmək.
  • Müvafiq departamentlər (Maliyyə, İnsan Resursları, Satınalma və Daxili Logistika) arasında səyahət xərcləri ilə bağlı proseslərin əlaqələndirilməsi.
  • Yerləşdirmə və qidalanma üçün ödəniş limitlərinə riayət olunmasına nəzarət etmək.
  • Əməkdaşlar ezamiyyədən qayıtdıqdan sonra detallı xərc hesabatlarının vaxtında təqdim edilməsini təmin etmək.
  • Əməkdaşları ezamiyyə prosedurları və ezamiyyə planlaşdırma qrafiklərinə riayət etməyin əhəmiyyəti barədə maarifləndirmək üçün təlim sessiyaları keçirmək.

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 20.02.25

Seçilən
22
fed.az

1Mənbələr