AZ

Ötən il xarici ticarət dövriyyəsi 47 milyard dolları ötüb

Ötən il Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən isə idxal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 26 milyard 338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21 milyard 58 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artıb.

Ötən il qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil edib.Bu 2023-cü illə nisbətən müqayisədə faktiki qiymətlərlə 0,3 faiz artım, real ifadədə isə 13 faiz azalma deməkdir.

İxracın 41 faizini İtaliya, qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində 34,6 faizini  Rusiya, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7-i Çinin payına düşüb.

Sərvanə Rəmixanova

Seçilən
30
valyuta.az

1Mənbələr