"Google" 20-ci ildönümünü qeyd edən "YouTube"un televiziya üzərindən izlənilmə sayının mobil cihazlardan daha çox olduğunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, rəsmi olaraq 20 illik mövcudluğu ərzində "YouTube bir" çox dəyişikliklərdən keçib. Platformanın iş prinsipi və təqdim etdiyi videolar qədər, insanların həmin məzmunu necə izlədiyi də zamanla dəyişib.
"YouTube"un yayımladığı son hesabata görə, televizor artıq ABŞ-da məzmun izləmək üçün əsas cihaz halına gəlib və mobil cihazları geridə qoyub.
İnformasiya texnologiyaları sahəsində lider şirkətlər ağıllı telefonlara böyük önəm versə də, böyük ekranlar və klassik pultlarla təchiz olunmuş televiziya cihazları hələ də istifadəçilər arasında yüksək populyarlığını qoruyur.
"YouTube" cihazların populyarlığını izlənmə müddətinə əsasən müəyyən edir. İllərdir televiziya izləmə vərdişləri ilə bağlı hesabatlar hazırlayan bazar araşdırma şirkəti Nielsen də son iki ildə YouTube-un axın izləmə müddətinə görə birinci platforma olduğunu bildirir.
Bundan əlavə, "YouTube" "Watch With" adlı yeni bir funksiya üzərində işlədiyini elan edib. Bu funksiya, məzmun yaradıcılarına hər hansı bir oyun və ya tədbirə canlı şərh və reaksiya vermək imkanı yaradacaq.
Hazırda bir çox məzmun yaradıcıları xüsusilə yeni oyun təqdimatları və ya digər sahələrdə bu cür videolar hazırlayır. Lakin bu yeni alət bu cür fəaliyyətlərin platformaya daha yaxşı inteqrasiya olunmasını təmin edə bilər.
Paşa Məmmədli