Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Egey dənizində 4.6 və 4.2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, zəlzələ saat 18:40 radələrində 7 km dərinlikdə baş verib. Bundan 2 dəqiqə sonra, 18:42-də isə 4.2 bal gücündə daha bir təkan qeydə alınıb.
Hazırda hər hansı mənfi hal barədə məlumat verilməyib.
Kənan YUSİF