Ağsuda traktor yanıb.
Hadisə rayonun Növcü kəndində baş verib.
Yanğın yerinə Ağsu rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Rzayev Fəxrəddin Xanış oğluna məxsus "Kubata 85" markalı təkərli traktorun mühərrik hissəsi tamamilə yanaraq sıradan cıxıb.
Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Seymur Əli
Mənbə: unikal.az