İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, qurumun yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması, malların və mebellərin satın alınması ilə bağlı keçirilən tenderin ləğv olunmasının səbəbləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Məlum olan odur ki, müsabiqə Antiinhisar və İstehlak Bazarlarına Dövlət Xidmətinin qərarı ilə ləğv edilib.
Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 733 408,81 manatdır.
Hüseyn