AZ

Gəncədə qadın dəm qazından ZƏHƏRLƏNDİ

Ajans.az xəbər verir ki, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Kifayət Nəsibova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə K.Nəsibova yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
1
Ajans.az

2Mənbələr