İmişli, 13 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə iki minik avtomobili toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qaralar kəndində qeydə alınıb. Qəzada “Niva” markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub. Zərbənin gücündən “Niva” aşıb. Hadisə nəticəsində xəsarət alan Röyal Hüseynov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.