İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas müdafiəçilərindən Manuel Akanji sıradan çıxıb.
İsveçrəli futbolçu Çempionlar Liqası pley-off mərhələsinin "Real"la matçında (2:3) zədələnib.
29 yaşlı mərkəz müdafiəçisinin zəsəsinin ciddi olduğu bildirilir.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyə bilər.
Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 assistlə yadda qalıb.
“Barselona” ispaniyalı müdafiəçi ilə müqaviləsini yenilədi
"Qalatasaray" və "Fənərbaxça" Avropa Liqasında - Çempionluq şansları
"Barselona" Fliklə müqavilə yeniləyəcək
"Çelsi"də ciddi itki
Türkiyə millisinin sabiq üzvü vəfat edib