AZ

Şirvanda “KIA” və “Lada” toqquşdu - VİDEO

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 12-də səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil “Lada” markalı maşınla toqquşub. İddialara əsasən qəzaya səbəb “KIA”nın sürücüsünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Seçilən
11
avtosfer.az

1Mənbələr