AZ

ÇL: Həftənin ən yaxşı oyunçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu, Dortmund "Borussiya"sının hücumçusu Seru Girassidir.

28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior ("Real", İspaniya), Vanqelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşanı ("Feyenoord", Niderland) qabaqlayıb.

Seçilən
13
17
fanat.az

10Mənbələr