![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/10/7/1/7d215551-07b9-4265-98fc-49384ce4bf43/meyveler-yeni1.jpg)
“Günün istənilən vaxtında, hətta arıqladığınız zaman da meyvə yeyə bilərsiniz”.
Yeniavaz.com xəbər verir ki, bunu endokrinoloq Veronika Neudaxina lenta.ru ilə söhbətində deyib.
Həkim qeyd edib ki, fruktoza, adi şəkər kimi, sui-istifadə edildikdə artıq çəki artımına gətirib çıxarır:
“Lakin bu o demək deyil ki, siz axşamlar meyvə yeyə bilməyəcəksiniz. İstənilən növ qidalar günün istənilən vaxtında bərabər şəkildə mənimsənilir. ÜST hər gün ən azı 400 qram tərəvəz və meyvə yeməyi tövsiyə edir”.
Endokrinoloq fruktoza və qlükozanı zərərli hesab etməyin tamamilə düzgün olmadığını da vurğuladı:
“Onlar bədən üçün vacibdir, çünki hüceyrələri enerji ilə təmin edirlər. Bundan əlavə, meyvələrdə adi desertlərdə olmayan çoxlu sayda faydalı elementlər, vitaminlər və lif var. Ona görə də şirin bir şey istəyirsinizsə, meyvəni seçmək daha yaxşıdır, amma orta miqdarda”.
Nəhayət, o, konservləşdirilmiş və bişmiş meyvələrin faydalı xüsusiyyətlərini tamamilə itirdiyi barədə mifi dağıdıb: