Bu gün Avropa Parlamenti hazırkı Gürcüstan hakimiyyətinə qarşı yönəlmiş qətnamə qəbul edib. Onun lehinə 400 deputat, əleyhinə 63 deputat səs verib. 81 deputat bitərəf qalıb.
Qətnamədə hazırda hakim partiyanın “Gürcü arzusu” olduğu Gürcüstan hakimiyyətinə, həmçinin milyarder və “Arzular”ın fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi tələb olunub. Bundan əlavə, sənəddə Gürcüstanın hazırkı hakimiyyətinin qanunsuz olduğu iddia edildiyi üçün onları boykot etmək tələbi də var.
Qətnamədən belə çıxır ki, Gürcüstanda yeganə legitim hakimiyyəti keçmiş prezident Salome Zurabişvili təmsil edir və bu böhrandan çıxmaq üçün növbədənkənar parlament seçkilərinə ehtiyac var.
Qeyd edək ki, AP-yə Gürcüstanla bağlı daha bir qətnamə layihəsi təqdim edilib ki, bu da əksinə, “Arzu”nun hərəkətlərini və Gürcüstanda demokratiyanın inkişaf səviyyəsini yüksək qiymətləndirib. Bir gün əvvəl Gürcüstanın baş naziri bu gün Brüsseldə təsdiqlənən qətnaməni tənqid etmişdi. İrakli Kobaxidzenin fikrincə, artıq ard-arda altıncı olan bu sənəd bir qəpik də dəyər deyil.
//Samir Qurbanov, Editor.az